EN

Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub - Yenilənib

Xocalı rayonu Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub...

"Report"un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, Seyidbəyli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, AğdərəXocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, "Xankəndi şəhərində, AğdərəXocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

ANAMA əməkdaşları sakinlərə mina təhlükəsizlik qaydaları barədə məlumat veriblər. Yenidən qurulan və bərpa edilən evlərdə əhalinin normal yaşayışın təmin etmək üçün müasir tələblərə cavab verən hər cür şərait yaradılıb.

Doğma yurduna dönən ailələr, yaradılan şəraitə görə ölkə başçısı İlham ƏliyevMehriban Əliyevaya dərin təşəkkür və minnətdarlıqlarını ifadə edib, şəhidləri hörmətlə anıblar.

Qeyd edək ki, Seyidbəyli kəndinə ilk mərhələdə 30 nəfərdən ibarət 9 ailə köçürülüb.

***

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb.

"Report"un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, Seyidbəyli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 30 nəfərdən ibarət 9 ailə köçürülüb.

***

"Böyük Qayıdış" proqramına uyğun olaraq, sentyabrın 13–də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.

"Report"un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailədən ibarət  31 nəfər köçürülür. 

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Poliqon.info

Chosen
37
8
poliqon.info

8Sources