AZ

Xocalının Daşbulaq kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olundu - FOTO

Xocalı rayonunun Daşbulaq kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Yenidən qurulan və bərpa edilən evlərdə əhalinin normal yaşayışın təmin etmək üçün müasir tələblərə cavab verən hər cür şərait yaradılıb.

Doğma yurduna dönın ailələr, yaradılan şəraitə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkür və minnətdarlıqlarını ifadə edib, şəhidlərimizi hörmətlə anıblar.

Qeyd edək ki, Daşbulaq kəndinə ilk mərhələdə 67 nəfərdən ibarət 13 ailə köçürülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
4
8
milli.az

8Mənbələr