AZ

Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub

Xocalı rayonu Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

Far.Az report-a istinadən xəbər verir ki, Seyidbəyli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

ANAMA əməkdaşları sakinlərə mina təhlükəsizlik qaydaları barədə məlumat veriblər. Yenidən qurulan və bərpa edilən evlərdə əhalinin normal yaşayışın təmin etmək üçün müasir tələblərə cavab verən hər cür şərait yaradılıb.

Doğma yurduna dönən ailələr, yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyev və Mehriban Əliyevaya dərin təşəkkür və minnətdarlıqlarını ifadə edib, şəhidləri hörtmətlə anıblar.

Qeyd edək ki, Seyidbəyli kəndinə ilk mərhələdə 30 nəfərdən ibarət 9 ailə köçürülüb.

*** 13:06

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb.

Far.Az report-a istinadən xəbər verir ki, Seyidbəyli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 30 nəfərdən ibarət 9 ailə köçürülüb.

*** 11:30

"Böyük Qayıdış" planına uyğun olaraq, sentyabrın 13–də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.

Far.Az report-a istinadən xəbər verir ki, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailə 31 nəfər, köçürülür.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Seçilən
51
8
far.az

8Mənbələr