Balakəndə atasını küçədə nalayiq ifadələrlə təhqir edən şəxs məhkəmə tərəfindən inzibati qaydada həbs olunub.
Tribunainfo.az -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Tülü kəndində baş verib.
1983-cü il təvəllüdlü kənd sakini A.Xəlilov sərxoş vəziyyətdə atasına küçənin ortasında söyüşlər söyərək ictimai qaydanı pozub. O, bundan sonra evdə də münaqişə yaradıb.
Ətraflı
Ad – 00:06
Polisə şikayətdən sonra sözügedən şəxs saxlanılıb və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə görə onun sərxoş olduğu müəyyən edilib.
Balakən Rayon Məhkəməsinin qərarı ilə kənd sakini İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi əsasında 5 gün müddətinə inzibati həbs cəzası alıb.