AZ

Balakəndə küçədə atasını söyən şəxs həbs edildi

Balakəndə atasını küçədə nalayiq ifadələrlə təhqir edən şəxs məhkəmə tərəfindən inzibati qaydada həbs olunub.

News365.az xəbər verir ki, hadisə rayonun Tülü kəndində baş verib.

1983-cü il təvəllüdlü kənd sakini A.Xəlilov sərxoş vəziyyətdə atasına küçənin ortasında söyərək ictimai qaydanı pozub. O, bundan sonra evdə də münaqişə yaradıb.

Polisə şikayətdən sonra sözügedən şəxs saxlanılıb və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə görə onun sərxoş olduğu müəyyən edilib.

Balakən Rayon Məhkəməsinin qərarı ilə kənd sakini İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi əsasında beş gün müddətinə inzibati həbs cəzası alıb.


Seçilən
18
6
news365.az

10Mənbələr