AZ

Küçədə atasını söydü: həbs edildi

Balakəndə atasını küçədə nalayiq ifadələrlə təhqir edən şəxs məhkəmə tərəfindən inzibati qaydada həbs olunub.

Tribunainfo.az -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Tülü kəndində baş verib.

1983-cü il təvəllüdlü kənd sakini A.Xəlilov sərxoş vəziyyətdə atasına küçənin ortasında söyüşlər söyərək ictimai qaydanı pozub. O, bundan sonra evdə də münaqişə yaradıb.

Ətraflı

Ad – 00:06
Polisə şikayətdən sonra sözügedən şəxs saxlanılıb və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə görə onun sərxoş olduğu müəyyən edilib.

Balakən Rayon Məhkəməsinin qərarı ilə kənd sakini İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi əsasında 5 gün müddətinə inzibati həbs cəzası alıb.

Seçilən
28
3
tribunainfo.az

10Mənbələr