EN

ABŞ-dan olan fəal Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Vaşinqton, 12 sentyabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan fəal Çarli Kirkə atəş açmaqda və onu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox TV”yə bildirib.

O, şübhəlinin yerinin ona yaxın olan şəxs tərəfindən açıqlandığını və bu barədə ictimaiyyətə məlumat veriləcəyini söyləyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
120
azertag.az

1Sources