Vaşinqton, 12 sentyabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan fəal Çarli Kirkə atəş açmaqda və onu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox TV”yə bildirib.
O, şübhəlinin yerinin ona yaxın olan şəxs tərəfindən açıqlandığını və bu barədə ictimaiyyətə məlumat veriləcəyini söyləyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton