EN

Bu ölkə Avroviziya ya İsrailə bağlı şərt qoydu

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

İrlandiya gələn il "Avroviziya" mahnı müsabiqəsində iştirak etmək üçün şərt irəli sürüb.

Axşam.az xəbər verir ki, İrlandiyanın ictimai yayım şirkəti RTE İsrailin gələn il keçiriləcək yarışmada iştirak edəcəyi təqdirdə, ölkənin yarışa qatılmayacağını açıqlayıb.

Bildilib ki, qərar Qəzzada baş verənlər səbəbindən alınıb və belə bir şəraitdə müsabiqəyə qatılmağın "əxlaqsızlıq" olacağı vurğulanıb.

Xatırladaq ki, İrlandiya "Avroviziya"da ümumilikdə 7 dəfə qalib olub. Bu isə rekord göstəricidir.

Qeyd edək ki, bundan əvvəl "Avroviya 2025"in qalibi 436 balla Avstriyadan "JJ" ləqəbi ilə tanınan müğənni Yohannes Piç də İsrailin müsabiqədən xaric edilməsini istəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
2
axsam.az

3Sources