AZ

Avroviziya da iştirak üçün yeni şərt qoyublar

ain.az bildirir, Reyting.az portalına istinadən.

İrlandiya gələn il "Avroviziya" mahnı müsabiqəsində iştirak etmək üçün şərt irəli sürüb.Reyting.az xəbər verir ki, İrlandiyanın ictimai yayım şirkəti RTE İsrailin gələn il keçiriləcək yarışmada iştirak edəcəyi təqdirdə, ölkənin yarışa qatılmayacağını açıqlayıb.Bildirilir ki, qərar Qəzzada baş verənlər səbəbindəndir və belə bir şəraitdə müsabiqəyə qatılmağın "əxlaqsızlıq" olacağı vurğulanıb.Xatırladaq ki, İrlandiya "Avroviziya"da ümumilikdə 7 dəfə qalib olub. Bu isə rekord göstəricidir.Qeyd edək ki, bundan əvvəl "Avroviziya 2025"-in qalibi 436 balla Avstriyadan "JJ" ləqəbi ilə tanınan müğənni Yohannes Piç də İsrailin müsabiqədən xaric edilməsini istəyib.(Axşam.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
2
reyting.az

3Mənbələr