EN

“Qarabağ” “Zirə” ilə, “Kəpəz” “Araz Naxçıvan”la qarşılaşır

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
 

Tur Qəbələdə başlayacaq. "Kəpəz" burada "Araz-Naxçıvan"ı qəbul edəcək. İlk 3 turdan məğlub ayrılan və turnir cədvəlində sonuncu olan Gəncə təmsilçisinin sensasiyaya imza atacağı inandırıcı görünmür.


Günün növbəti görüşü ötən mövsümü ilk 2 pillədə bitirmiş "Qarabağ" və "Zirə" arasında olacaq. "Azersun Arena"dakı matçda ev sahibləri favorit sayılsalar da, qonaqların xal alması mümkündür.

Misli Premyer Liqası, IV tur

12 sentyabr (cümə)

17:45. “Kəpəz” – “Araz-Naxçıvan”

Baş hakim: Rauf Cabarov

Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” – “Zirə”

Baş hakim: Rəşad Əhmədov

“Azersun Arena”.

Bizim.Media

Chosen
75
50
bizim.media

10Sources