EN

Ukrayna ordusunun qırıcısı qəzaya uğradı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Hərbi Hava Qüvvələri "Su-27" qırıcısı Zaporojye istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.
Oxu.Az bildirir ki, bu barədə Ukraynanın 39-cu Taktiki Aviasiya Briqadası məlumat yayıb.
Bildirilir ki, qəza nəticəsində 39-cu Taktiki Aviasiya Briqadasının pilotu mayor Borovik Aleksandr Nikolayeviç həlak olub. Pilotun 30 yaşı var idi.
Ukrayna Silahlı Qüvvələri vəd verib ki, təyyarənin qəzaya uğramasının səbəblərini müəyyənləşdiriləcək.
Chosen
13
6
oxu.az

8Sources