AZ

Ukrayna ordusunun qırıcısı qəzaya uğradı

Ukrayna Hərbi Hava Qüvvələri "Su-27" qırıcısı Zaporojye istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.

Huriiyyet.az xəbər verir ki, bu barədə Ukraynanın 39-cu Taktiki Aviasiya Briqadası məlumat yayıb.

Bildirilir ki, qəza nəticəsində 39-cu Taktiki Aviasiya Briqadasının pilotu mayor Borovik Aleksandr Nikolayeviç həlak olub. Pilotun 30 yaşı var idi.

Ukrayna Silahlı Qüvvələri vəd verib ki, təyyarənin qəzaya uğramasının səbəblərini müəyyənləşdiriləcək./Oxu.az

Seçilən
8
6
hurriyyet.az

8Mənbələr