AZ

Ukrayna ordusunun qırıcısı qəzaya uğradı

Ukrayna Hərbi Hava Qüvvələri "Su-27" qırıcısı Zaporojye istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın 39-cu Taktiki Aviasiya Briqadası məlumat yayıb.

Bildirilir ki, qəza nəticəsində 39-cu Taktiki Aviasiya Briqadasının pilotu mayor Borovik Aleksandr Nikolayeviç həlak olub. Pilotun 30 yaşı var idi.

Ukrayna Silahlı Qüvvələri vəd verib ki, təyyarənin qəzaya uğramasının səbəblərini müəyyənləşdiriləcək.

Seçilən
12
6
unikal.az

8Mənbələr