Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Süni intellekt bazasında yaradılan model Albaniyada süni intellekt naziri kimi istifadə ediləcək.
Axar.az “Politiko” nəşrinə istinadən xəbər verir ki, Diella adlı yeni “nazir” dövlət satınalmalarına cavabdehdir.
“Diella hökumətin fiziki olaraq mövcud olmayan, lakin faktiki olaraq süni intellekt bazasında yaradılan ilk üzvüdür", - deyə Albaniya Baş naziri Edi Rama bildirib.
Diella modeli artıq əksər dövlət xidmətlərinə çıxışı təmin edən e-Albania dövlət rəqəmsal platformasının işində istifadə olunur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.