AZ

Dünyada ilk süni intellekt naziri YARADILDI

Süni intellekt bazasında yaradılan model Albaniyada süni intellekt naziri kimi istifadə ediləcək.

Bakıvaxtı.az “Politiko” nəşrinə istinadən xəbər verir ki, Diella adlı yeni “nazir” dövlət satınalmalarına cavabdehdir.

“Diella hökumətin fiziki olaraq mövcud olmayan, lakin faktiki olaraq süni intellekt bazasında yaradılan ilk üzvüdür", - deyə Albaniya Baş naziri Edi Rama bildirib.

Diella modeli artıq əksər dövlət xidmətlərinə çıxışı təmin edən e-Albania dövlət rəqəmsal platformasının işində istifadə olunur.

Seçilən
10
5
bakivaxti.az

6Mənbələr