EN

Erlinq Holand beş qol vurduğuna görə üzr istədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Moldova millisinin qapıçısı Kristian Avram norveçli hücumçu Erlinq Holandın futbol üzrə dünya çempionatının seçmə mərhələsində Moldova ilə matçda etdiyi penta-trikə görə üzr istədiyini bildirib.
Oxu.Az xəbər verir ki, Avram bu barədə TV2-yə müsahibəsində danışıb.
Xatırladaq ki, Holand Moldova ilə görüşdə beş qola imza atıb. Osloda keçirilən matç 11:1 hesabı ilə Norveç yığmasının qələbəsi ilə başa çatıb.
"Erlinqlə danışdım. O dedi: "Bu, mənim günahım deyil". Sadəcə top fərqi üçün qol vurmalı olduğunu söylədi. Mən onu başa düşürəm. Bu, oyunun bir hissəsidir. O, mübarizəni davam etdirmək istəyirdi", - deyə Avram vurğulayıb.
Qeyd edək ki, Norveç yığması beş görüşdən sonra 15 xalla I təsnifat qrupunda turnir cədvəlinə başçılıq edir. Moldova yığması isə 0 xalla sonuncudur.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq.
Chosen
63
7
oxu.az

10Sources