AZ

Netanyahu Qətərə və digər ölkələrə ultimatum verdi

İsrailin Baş naziri Benyamin Netanyahu 2023-cü il oktyabrın 7-də törədilmiş terror aktına görə məsuliyyət daşıyanların hamısının ölkədən çıxarılmasını və ya məsuliyyətə cəlb olunmasını tələb edib.

Missiya.Az Oxu.Az-a istinadən xəbəri verir ki, bu barədə İsrail hökumətinin saytında məlumat verilib.

"Mən Qətərə və terrorçuları gizlədən bütün ölkələrə deyirəm: ya onları çıxarın, ya da məsuliyyətə cəlb edin. Çünki bunu siz etməsəniz, biz edəcəyik", - deyə Netanyahu bildirib.

Xatırladaq ki, sentyabrın 9-da İsrail Qətərdə HƏMAS rəhbərliyinə dəqiq zərbələr endirib.

Seçilən
23
4
missiya.az

10Mənbələr