Xalq artisti Sərdar Fərəcovun ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir.
Missiya.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Məlumata əsasən xalq artisti sentyabrın 6-da Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.
Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. Zəruri laborator və instrumental müayinələr icra olunub.
Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Huşu aydın, hemodinamik göstəriciləri stabildir.