EN

Tramp ABŞ-də ukraynalı qadının qətlə yetirilməsinə görə demokratları günahlandırıb

BAKI, 9 sentyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp bildirib ki, demokratlar Amerikanın Şarlotta şəhərində (Şimali Karolina) ukraynalı qaçqının qətlinə görə məsuliyyət daşıyırlar, çünki onlar cinayətkarlıqla fəal mübarizə aparmırlar.

Teleqraf xəbər verir ki, Vaşinqton administrasiyasının rəhbəri “Truth Social” sosial şəbəkəsində Şarlottada ictimai nəqliyyatda ukraynalı gəncin“ruhi xəstənin” vəhşicəsinə hücumuna məruz qaldığı “dəhşətli videonu” izlədiyini bildirib.

Trampın sözlərinə görə, cinayətkar daha əvvəllər də cinayətlər törədib: "O, daha öncə 14 dəfə saxlanılıb, lakin heç bir pul ödəmədən zaminə buraxılıb. Belə cinayətkarlar həbs edilməlidir".

Trampın fikrincə, “pis insanları həbsə atmaqdan imtina edən demokratların əli” ukraynalı qaçqının qanına bulaşıb: "Bu, Şimali Karolinanın keçmiş qubernatoru Roy Kuperə də aiddir. Bu demokrat siyasətçi adıçəkilən ştatdan senator vəzifəsinə namizədliyini irəli sürür. Şimali Karolina və bütün ştatların qanun və qaydaya ehtiyacı var və bunu yalnız respublikaçılar təmin edə bilər!"

Tramp bundan əvvəl Zarutskayanın qətlini dəhşətli adlandırıb və baş verənləri araşdıracağına söz verib.

Avqustun 22-də amerikalı DeKarlos Braun tramvayda 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskayaya bıçaqla hücum edib. Qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Chosen
17
1
teleqraf.com

3Sources