AZ

Tramp ukraynalı qadının qətlinə görə demokratları "topa tutdu"...


ABŞ Prezidenti Donald Tramp rəqiblərini ittiham edən bəyanatla çıxış edib. Bu barədə Amerika lideri "Truth Sosial"da yazıb. ABŞ lideri bəyan edib ki, demokratlar Amerikanın Şarlott şəhərində (Şimali Karolina) ukraynalı qaçqının qətlinə görə məsuliyyət daşıyırlar, çünki cinayətkarlıqla fəal mübarizə aparmırlar.
Vaşinqton administrasiyasının rəhbəri qeyd edib ki, o, Şarlottda ictimai nəqliyyatda hərəkət edən ukraynalı gənc qaçqının ruhi xəstənin vəhşicəsinə hücumuna məruz qaldığı dəhşətli videonu görüb.
Xatırladaq ki, avqustun 22-də amerikalı Dekarlos Braun tramvayda 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskayaya bıçaqla hücum edib. Qız aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Braun saxlanılıb və qətldə ittiham olunub.

Mətləb

Seçilən
9
1
baki-xeber.com

3Mənbələr