EN

Sərdar Fərəcovun SON DURUMU açıqlandı

Xalq artisti Sərdar Fərəcov 06.09.2025-ci il tarixində saat 15:10 radələrində Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən Musavat.com-a bildirilib ki, Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub:

“Zəruri laborator və instrumental müayinələr icra olunub. Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Huşu aydın, hemodinamik göstəriciləri stabildir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Chosen
43
8
musavat.com

10Sources