EN

Rocer Fernandes 32 milyon avroya “Əl-İttihad”da!

Portuqaliyanın “Braqa” klubunun hücumçusu Rocer Fernandes bundan sonra Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun formasını geyinəcək.

Arena.az bu barədə “Əl-İttihad”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Ərəblər bu transferi 32 milyon avroya rəsmiləşdiriblər. 19 yaşlı vingerlə uzunmüddətli müqavilə imzalanıb. Amma detallar açıqlanmır.

Rocer Fernandes “Braqa”nın öz yetirməsidir. O, ilk dəfə fərqli bir klubun formasını geyinəcək. Cinah hücumçusu “Braqa”nın əsas komandasında 91 oyun keçirib, 12 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

Fernades Portuqaliyanın U-21 yığmasında forma geyinsə də, hələ əsas millidə debüt şansı qazanmayıb.

“Əl-İttihad” Səudiyyə Ərəbistanında ötən mövsümün qalibidir. Komandaya fransalı mütəxəssis Loran Blan rəhbərlik edir. “Əl-İttihad”ın heyətində Kərim Benzema, Nqolo Kante, Fabinyo, Ussem Auar, Mussa Diabi, Stiven Berqveyn kimi ulduz futbolçular yer alıblar.

error: Məzmun qorunur!
Chosen
58
5
arena.az

10Sources