AZ

Munir Əl-Haddadi İran klubunda!

İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Munir Əl-Haddadi bundan sonrakı karyerasını İranda davam etdirəcək.

Arena.az xəbər verir ki, 30 yaşlı hücumçu bu ölkənin “İstiqlal” komandasında çıxış edəcək.

Onun yeni klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Sonuncu iş yeri “Leqanes” olmuş Munir İspaniya klubundan bu yay azad agent kimi ayrıldığı üçün, “İstiqlal”a pulsuz başa gəlib.

İspaniyada dünyaya göz açmış Munir Əl-Haddadi bu ölkənin “Atletiko” (Madrid) və “Barselona” klublarının yetirməsidir. Cinah hücumçusu karyerası ərzində “Valensiya”, “Alaves”, “Sevilya”, “Xetafe”, “Las Palmas” kimi klubların da formasını geyinib. O, 2024/2025-ci illər mövsümündə şərəfini qoruduğu “Leqanes”də 29 oyuna çıxıb, 7 qol vurub.

Əl-Haddadi İspaniyanın U-19, U-21 yığmalarında oynadıqdan sonra 2014-cü ildə bu ölkənin əsas millisində də debüt edib. Lakin ona sonralar bu komandada ehtiyac duyulmadığı üçün, Munir 2021-ci ildən Mərakeş millisinin şərəfini qorumağa başlayıb. Təcrübəli vinger Mərakeş yığmasında da 11 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı vingerin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Seçilən
45
2
arena.az

3Mənbələr