EN

Goranboyda qəzada xəsarət alan 12 yaşlı oğlan öldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan bir nəfər ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 31-də baş verib. Rayon sakini 2005-ci il təvəllüdlü Turxan Ceyhun oğlu Məmmədbəyli idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə 1987-ci il təvəllüdlü Sadiq Dəmir oğlu Mustafayevin idarə etdiyi VAZ-2107 avtomobili toqquşub.
Hadisə nəticəsində hər iki sürücü, o cümlədən "Mercedes-Benz"də olan sərnişinlər, 1998-ci il təvəllüdlü Vüsal Ənvər oğlu Kazımov, 2004-cü il təvəllüdlü Fazil Cavid oğlu Əliyev, habelə VAZ-ın sərnişinləri, 1990-cı il təvəllüdlü Günel Şəmşir qızı Mustafayeva, 2012-ci il təvəllüdlü Süleyman Sadiq oğlu Mustafazadə və 2013-cü il təvəllüdlü Yusif Sadiq oğlu Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yusif Mustafayev göstərilən tibbi yardımlara baxmayaraq, xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli
Chosen
49
2
oxu.az

3Sources