Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan bir nəfər ölüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 31-də baş verib. Rayon sakini 2005-ci il təvəllüdlü Turxan Ceyhun oğlu Məmmədbəyli idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə 1987-ci il təvəllüdlü Sadiq Dəmir oğlu Mustafayevin idarə etdiyi VAZ-2107 avtomobili toqquşub.
Hadisə nəticəsində hər iki sürücü, o cümlədən "Mercedes-Benz"də olan sərnişinlər, 1998-ci il təvəllüdlü Vüsal Ənvər oğlu Kazımov, 2004-cü il təvəllüdlü Fazil Cavid oğlu Əliyev, habelə VAZ-ın sərnişinləri, 1990-cı il təvəllüdlü Günel Şəmşir qızı Mustafayeva, 2012-ci il təvəllüdlü Süleyman Sadiq oğlu Mustafazadə və 2013-cü il təvəllüdlü Yusif Sadiq oğlu Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yusif Mustafayev göstərilən tibbi yardımlara baxmayaraq, xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.