EN

Rusiyadan dəhşətli RAKET HÜCUMU – Zaporojye “İsgəndər”lə vuruldu – FOTO/VİDEO

Rusiya gecə saatlarında Ukraynaya növbəti kütləvi hücumu həyata keçirib.

Bizim.Media UNİAN-a istinadla xəbər verir ki, hücumlar zamanı “Shahed” dronları, «Kalibr», «İskəndər» qanadlı raketləri və Tu-95 təyyarəsindən aviasiya raketləri istifadə olunub.
 

Zaporojye vilayətinə təxminən 12 zərbə endirilib. Zaporojyedə gecə hücumu nəticəsində 1 nəfər həlak olub, 22 nəfər yaralanıb. Yaralananlar arasında 9 və 10 yaşlı oğlan uşağı, həmçinin 16 yaşlı qız var. 14 çoxmənzilli və 40-dan çox fərdi ev zədələnib.


Bundan əlavə, Kiyev, Dnepr, Pavlovqrad şəhərləri də raket və PUA hücumlarına məruz qalıb.








Bizim.Media

Chosen
116
1
bizim.media

10Sources