Rusiyanın Kiyevə kütləvi hava hücumu nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram”da məlumat yayıb.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatları hələ də davam edir.
Xatırladaq ki, avqustun 28-nə keçən gecə Rusiya Kiyevə kütləvi çoxkombinasiyalı hava hücum həyata keçirib. Hücumlar nəticəsində ölkəmizin Kiyevdəki səfirlik binasına və Türkiyənin “Bayraqdar” zavoduna zərbə dəyib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta