AZ

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 22-yə çatıb - YENİLƏNİB-2

Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 22-yə çatıb.

APA xəbər verir ki, bunu Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko dağıntıların miqyasını açıqlayarkən deyib.

"Darnitski rayonundan faciəvi xəbərlər gəlməkdə davam edir. Biz artıq 22 nəfərin öldüyünü bilirik. Xilasetmə əməliyyatı davam edir", - o bildirib.

Tkaçenki həmçinin ölənlərin sayının artmaqda davam etdiyini deyib.

O bildirib ki, Rusiyanın zərbələri nəticəsində 225 yaşayış binası zərər görüb. Qeyri-yaşayış binaları, qarajlar, həyətyanı sahələr və ictimai binalarla yanaşı, paytaxtın bütün rayonlarında dağıntılar qeydə alınıb.

***

17:05

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Kiyev şəhəri hərbi administrasiyasının rəisi Timur Tkaçenko “Telegram”da bildirib.

***

15:26

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Kiyev şəhəri hərbi administrasiyasının rəisi Timur Tkaçenko “Telegram”da bildirib.

***

12:30

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.


APA xəbər verir ki, bununla bağlı Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat verib.


Onun sözlərinə görə, ölənlərdən 3 nəfəri uşaqlardır.


Zelenski Avropa İttifaqı nümayəndəliyinin Kiyevdəki binasının hədəfə alındığına toxunaraq, Rusiyaya qarşı təzyiqin artırılmalı olduğunu deyib.

***

11:28

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Kiyev şəhəri hərbi administrasiyasının rəisi Timur Tkaçenko “Telegram”da bildirib.

***

11:14

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb.

APA xəbər verir ki, bu barədə Kiyev şəhəri hərbi administrasiyasının rəisi Timur Tkaçenko “Telegram”da bildirib.

Onun sözlərinə görə, 48 nəfər xəsarət alıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenko qeyd edib ki, Kiyevdə Rusiyanın şəhərə hücumundan sonra dağıntılar altından üç nəfəri sağ çıxarmaq mümkün olub.

Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin sözçüsü Svetlana Vodolaganın sözlərinə görə, hündürmərtəbəli binaların dağıntıları altında 9 nəfər ola bilər. Ancaq bu insanların tətil zamanı mənzillərində olub-olmadığı qəti şəkildə bilinmir.

Seçilən
5
8
apa.az

10Mənbələr