
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Məlumata görə, 1982-ci il təvəllüdlü E.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, E.Məmmədov qonşusu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncə sakinin bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.
Məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri 1982-ci il təvəllüdlü Etibar Məmmədovun daxilə keçməyən və 1984-cü il təvəllüdlü Ziya Cəfərovun daxilə keçən kəsici-deşici alətlə xəsarət almaları barədə məlumat daxil olub.
İlkin araşdırmalar zamanı onların qonşuluq münaqişəsi zamanı bir-birilərinə xəsarət yetirmələri məlum olub. Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir(APA).