Gəncə şəhərində iki qonşu arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib.
KONKRET.az xəbər verir ki, hadisə zamanı 1982-ci il təvəllüdlü Etibar Məmmədov daxilə keçməyən, 1984-cü il təvəllüdlü Ziya Cəfərov isə daxilə keçən bıçaq xəsarətləri alıblar.
Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir.