AZ

Gəncədə iki qonşu bir-birini bıçaqladı - YENİLƏNİB

Gəncə sakininin qonşusu tərəfindən bıçaqlanmasının detalları məlum olub.
 
Moderator.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri 1982-ci il təvəllüdlü Etibar Məmmədovun daxilə keçməyən və 1984-cü il təvəllüdlü Ziya Cəfərovun daxilə keçən kəsici-deşici alətlə xəsarət almaları barədə məlumat daxil olub.
 
İlkin araşdırmalar zamanı onların qonşuluq münaqişəsi zamanı bir-birilərinə xəsarət yetirmələri məlum olub. Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
 
15:01
 
Gəncədə 43 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.
 
Moderator.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
 
Belə ki, 1982-ci il təvəllüdlü E.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
 
İlkin məlumata görə, E.Məmmədov qonşusu tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
 
Seçilən
12
5
moderator.az

8Mənbələr