EN

Qubaya film çəkmək üçün gedən çəkiliş heyətinin avtomobili dərəyə aşıb, ölən və yaralanan var

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Qalayxudat kəndi yaxınlığında, yüksək dağlıq ərazidə, "Ford" markalı yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.

 

Nəticədə 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə yaralanıb. Xəsarət alan 1977-ci il təvəllüdlü Rəhimzadə Ramil Bayram oğlu Quba rayon Mərkəzi

 

Xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.

 

Qəzaya düşən şəxslərin kino çəkmək üçün Qubanın Qrız kəndinə gedən çəkiliş heyətinin üzvləri olduğu bildirilir.

 

APA

Tarix: 27 Avqust 2025, 15:19   
Chosen
2
7
pravda.az

10Sources