AZ

Qubaya film çəkilişinə gedən heyətqəzaya uğradı - Ölən və yaralanan var

Film çəkmək üçün Qubanın Qrız kəndinə gedən çəkiliş heyətinin üzvlərinin olduğu avtomobil qəzaya uğrayıb.

Kulis.az APA-ya istinadənxəbər verir ki, Qalayxudat kəndi yaxınlığında, yüksək dağlıq ərazidə "Ford" markalı yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə yaralanıb.

Qeyd edək ki, xəsarət alan 1977-ci il təvəllüdlü Rəhimzadə Ramil Bayram oğlu Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.

Seçilən
9
7
kulis.az

10Mənbələr