AFFA-nın dəstəyi və Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə həvəskar futbolçular arasında keçirilən XXVI Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.


Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı, Sumqayıt və müxtəlif rayonlardan ümumilikdə 43 komandanın qatıldığı ölkə birinciliyinin final oyununda “Marafon” İK və “Məhəllə Uşaqları” komandaları üz-üzə gəliblər.


Rəqibini 4:0 hesabı ilə məğlub edən “Marafon” İK çempion olub.


Üçüncü yer uğrunda görüşdə “Naftalan Gəncləri” üzərində 4:2 hesablı qələbə qazanan “Tərtər” bürünc mükafata yiyələnib.