BAKI, 26 avqust. TELEQRAF
AFFA-nın dəstəyi və Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə həvəskar futbolçular arasında keçirilən XXVI Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.
Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı, Sumqayıt və müxtəlif rayonlardan ümumilikdə 43 komandanın qatıldığı ölkə birinciliyinin final oyununda “Marafon” İK və “Məhəllə Uşaqları” komandaları üz-üzə gəliblər.
Rəqibini 4:0 hesabı ilə məğlub edən “Marafon” İK çempion olub. “Məhəllə Uşaqları” yarışda ikinci yeri tutub.
III yer uğrunda görüşdə “Naftalan Gəncləri” üzərində 4:2 hesablı qələbə qazanan “Tərtər” FK bürünc mükafata yiyələnib.