EN

“Qarabağ” hücum xətti üçün yeni futbolçu transfer edir?

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirir.

QOL.az-ın xəbərinə görə, Ağdam təmsilçisi kolumbiyalı sol və sağ vinger kimi oynayan Kamilo Duranla anlaşıb. 23 yaşlı futbolçu tezliklə Bakıya gələcək. Portuqaliyanın “Portimonense” klubundan transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib.

Duran ötən mövsüm Portuqaliya 2-ci liqasında 26 oyunda çıxış edib və 5 qol vurub.

QOL.az-ın əldə etdiyi xəbərə görə Kamilo Duran mərkəz hücumçusu kimi də oynaya bilir. Amma eyni zamanda sağ və sol vinger kimi də çıxış edə bilir. O, elə avrokubokun Liqa mərhələsində (Çempionlar Liqası və ya Avropa Liqası) komandanın hücum xəttinin oyunçusu olacaq. Kamilo Duranın sabah Bakıya gəlib tibbi baxışdan keçəcəyi gözlənilir.

Onun konkret hansı mövqedə oynayacağına baş məşqçi Q.Qurbanov qərar verəcək.

Qeyd edək ki, gerçəkləşdirilməsi gözlənilən bu transferlə bağlı ilk xəbərləri lk olaraq sportinfo.az və idmanxeber.az saytları yayıb.
Chosen
60
5
sherg.az

6Sources