AZ

“Qarabağ” hücum xətti üçün yeni futbolçu aldı

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirir.

QOL.az-ın xəbərinə görə, ilk olaraq idmanxeber.az saytı Ağdam təmsilçisinin kolumbiyalı sol vinger Kamilo Duranla anlaşdığını yazıb. 23 yaşlı futbolçu tezliklə Bakıya gələcək.

Portuqaliyanın “Portimonense” klubundan transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib.

Duran ötən mövsüm Portuqaliya 2-ci liqasında 26 oyunda çıxış edib və 5 qol vurub.

QOL.az-ın əldə etdiyi xəbərə görə isə Kamilo Duran mərkəz hücumçusu kimi də oynaya bilir. Amma eyni zamanda sağ və sol vinger kimi də çıxış edə bilir. O, elə avrokubokun Liqa mərhələsində (Çempionlar Liqası və ya Avropa Liqası) komandanın hücum xəttinin oyunçusu olacaq. Kamilo Duranın sabah Bakıya gəlib tibbi baxışdan keçəcəyi gözlənilir.

Onun konkret hansı mövqedə oynayacağına baş məşqçi Q.Qurbanov qərar verəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
5
qol.az

6Mənbələr