EN

Naxçıvanda ağac qırılıb 3 nəfərin üzərinə düşdü

Ordubadda ağac qırılaraq sakinlərin üzərinə düşüb.

Adalet.az xəbər verir ki, hadisə rayonun Vənənd kəndində baş verib. Belə ki, çinar ağacının budağı qırılaraq sakinlərin üzərinə düşüb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1959-cu il təvəllüdlü Novruzov İbrahim Əli oğlu, 1970-ci il təvəllüdlü Ağalarov Miryunis Mirdavud oğlu və 1983-cü il təvüllüdlü Əliyev Anar Əhməd oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıblar.

 

Chosen
10
9
adalet.az

10Sources