AZ

Ordubadda ağac qırılaraq sakinlərin üzərinə düşüb

Ordubadda ağac qırılaraq sakinlərin üzərinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Vənənd kəndində baş verib. Belə ki, çinar ağacının budağı qırılaraq sakinlərin üzərinə düşüb.

    Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1959-cu il təvəllüdlü Novruzov İbrahim Əli oğlu, 1970-ci il təvəllüdlü Ağalarov Miryunis Mirdavud oğlu və 1983-cü il təvüllüdlü Əliyev Anar Əhməd oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıblar.

    Seçilən
    21
    9
    bakivaxti.az

    10Mənbələr