EN

"Fənərbağça" meksikalı futbolçu ilə müqavilə imzalayıb

Türkiyənin “Fənərbağça” komandası heyətinə yeni futbolçu qatıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Vest Hem” komandasından Edson Alvaresi icarə əsasında transfer edib. Artıq tərəflər arasında rəsmi müqavilə imzalanıb.

Meksika millisinin yarımmüdafiəçisi 2025-2026-cı illər mövsümündə Türkiyə klubunun formasını geyinəcək. "Fənərbağça" mövsümün futbolçusunu birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Edson Alvares “Vest Hem”ə 2023-cü ildə Niderlandın “Ayaks” klubundan keçib.

Chosen
39
3
yeniazerbaycan.com

4Sources