Bakı. Trend:
Türkiyənin “Fənərbağça” komandası heyətinə yeni futbolçuqatıb.
Trend türk KİV-lərinəistinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “VestHem” komandasından Edson Alvaresi icarə əsasında transfer edib.
Meksika millisinin yarımmüdafiəçisi 2025-2026-cı illərmövsümündə Türkiyə klubunun formasını geyinəcək. "Fənərbağça"mövsümün futbolçusunu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Edson Alvares “Vest Hem”ə 2023-cü ildə Niderlandın“Ayaks” klubundan keçib.