EN

Kamçatka yaxınlığında 5,8 maqnitudalı zəlzələ baş verib

Seysmoloqlar şənbə günü Sakit okeanda, Kamçatkanın (Rusiya) cənubunda baş verən 5,8 maqnitudalı zəlzələ qeydə alıblar.

“Report” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialı məlumat yayıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 268 km cənub-qərbdə yerləşib. Zəlzələnin episentri dənizin dibinin 64 km dərinliyində yerləşib.

Geofiziklərin fikrincə, Petropavlovsk-Kamçatskidə bu zəlzələ 3 bala qədər güclə hiss edilə bilərdi. Sunami təhlükəsi elan olunmayıb.

Chosen
16
7
report.az

8Sources