AZ

Kamçatka yaxınlığında güclü zəlzələ…

Seysmoloqlar şənbə günü Sakit okeanda, Kamçatkanın (Rusiya) cənubunda baş verən 5,8 maqnitudalı zəlzələ qeydə alıblar.

Olaylar.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialı məlumat yayıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 268 km cənub-qərbdə, dənizin dibinin 64 km dərinliyində yerləşib.

Geofiziklərin fikrincə, Petropavlovsk-Kamçatskidə bu zəlzələ 3 bala qədər güclə hiss edilə bilərdi. Sunami təhlükəsi elan olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
7
olaylar.az

8Mənbələr