EN

Jurnalist övladları da ali məktəb tələbəsi oldular - SİYAHI

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üçün keçirilən müsabiqənin nəticələrini elan edib.
Ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Modern.az-ın məlumatına görə, bu il də tələbə adını qazananlar sırasında jurnalist övladları da var. Ənənəmizə sadiq qalaraq, onları diqqətinizə çatdırırıq.


"Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədlinin qızı Gültək yüksək balla ali məktəbə daxil olub.
"Həkim atasıyam! Qızım, Gültək Azərbaycan Tibb Universiteti, tibb fakültəsinə (dövlət sifarişi) qəbul olundu!" - deyə jurnalist sosial şəbəkədə yazıb.



“Bakivaxtı.az” saytının baş redaktoru Qalib İbrahimoğlunun övladı Murad Məmmədli Türkiyədə ali təhsil alacaq. "Muradın 5-ci qəbul dəvətini Süleyman Dəmirəl Universitetinin İqtisadi və İdari Bilimlər Fakültəsindən aldı", - deyən Q.İbrahimoğlu seçim edəcəklərini bildirib.


"Azərbaycan" qəzetinin redaktoru Rəşad Baxşəliyevin oğlu Nihat da universitetə qəbul olunub. "Tələbə adın mübarək oğlum!", - deyə jurnalist sevincini sosial şəbəkədə bölüşüb.


“Bizimyol.info” saytının əməkdaşı İradə Cəlilin oğlu Səməd Əlizadə İlahiyyat İnstitutunun Dinşünaslıq fakültəsini qazanıb.


"Matc.az" saytının baş redaktoru İxtiyar Əsgərovun qızı Kifayət Əsgərova da tələbə adını qazanmış gənclər sırasındadır.


"Aznews.az”ın baş redaktoru Taleh Şahsuvarovun oğlu Özgür Şahsuvarlı ADNSU-nun Mexatronika və robototexnika mühəndisliyi ixtisasında təhsil alacaq. O, əyani şöbənin dövlət sifarişli yerini qazanıb.


Jurnalist Tağı Türkün qızı Selcan Kərimli ADA Universitetinin Dövlət və İctimai Münasibətlər fakültəsinə daxil olub. Selcan həm də gənc yazıçıdır və "Arzu" hekayələr kitabının müəllifidir.


"Unikal.az”ın redaktoru Hüseyn İsgəndərovun oğlu Rəvan İsgəndərli arzusuna çatıbali məktəb tələbəsi olub.


"CBC Sport" telekanalının aparıcısı Pərviz Musayev oğlu Osman Musayev tələbə adını qazandığına görə onunla fəxr etdiyini deyib.


"Qafqazinfo"nun redaktoru Gülşən Raufqızının övladı Gülnur Bakı Dövlət Universitetində ali təhsil alacaq. O da anası kimi jurnalistika ixtisasını seçib. "Tələbə anasıyam. Jurnalistikadan qaçmaq istədikcə, daha çox jurnalistimiz olur. Şükür, Allahıma", - deyə həmkarımız hisslərini ifadə edib.


İcbari Sığorta Bürosunun əməkdaşı, "Monetar.az" saytının rəhbəri Neyman Səfərəliyevin oğlu Bakı dövlət Universitetinə qəbul olunub. O, yer quruluşu və kadastr ixtisasını qazanıb.


Azərbaycan Jurnalistlər Birliyinin üzvü, mədəniyyət yazarı, kino araşdırmaçısı, prodüser Vasif Ayanın qızı Ayan Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alacaq.


"Cebhe.info" saytı və "Cümhuriyət" qəzetinin redaktoru Elnarə Kərimova da oğlunun tələbə olmasına görə sevinib: "3 il hər gün səhər saat 6-da durmaq hər oğulun işi deyildi. Özü istədiyi oldu, üstəlik də dövlət sifarişi ilə", - jurnalist buildirib.


"Səs" qəzetinin əməkdaşları Lalə Mehralı və Elçin Bayramov cütlüyünün oğlu Altay da tələbə adına yiyələnib.
"Oğlumuz Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk Qazax Universitetinın qrant proqramını qazandı, iki türk dövlətinin maliyyə dəstəyi ilə İnformatika, İKT və robototexnika ixtisasını oxuyacaq. Altayın timsalında ali məktəbə qəbul olan bütün abituriyent-tələbələri, ən çox da valideynləri təbrik edirəm", - Lalə Mehralı deyib.


Jurnalist Samir Mustafayevin qızı Yeganə Mustafazadə də tələbə adını qazananlardandır. "Bu balaca qız bizi sevindirdi. UNEC, İqtisadiyyat fakültəsi, dövlət sifarişi əsasında. Övladı tələbə adını qazanan hər kəsi təbrik edirəm!", - Samir Mustafayev sevincini belə bölüşüb.

A.Qorxmaz

Chosen
47
27
modern.az

10Sources