EN

Güləşçimiz erməniyə qalib gələrək dünya çempionu olub

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçilər arasında ilk medalçılar bəlli olub.

Azərbaycan idmançısı finalda münbarizə aparıb.

U-20 dünya çempionatı
Yunan-Roma güləşi
6️0️ kq

Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib. 12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub. Bu, yığmamızın turnirdə ilk qızıl medalı olub.

Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.

Chosen
11
8
day.az

10Sources