Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Yenisabah.az xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar müəyyənləşib.
Ayxan Cavadov 60 kq çəki dərəcəsində finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib. 12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub. Dördpendirli pizza
Yığmamız bununla turnirdə ilk qızıl medalını qazanıb.
Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.
Telegram kanalımız