AZ

Güləşçimiz erməniyə qalib gəldi, dünya çempionu oldu

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçilər arasında ilk medalçılar bəlli olub. İdmançımız finalda münbarizə aparıb.

U-20 dünya çempionatı
Yunan-Roma güləşi
60 kq


Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib. 12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub. Bu, yığmamızın turnirdə ilk qızıl medalı olub.

Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.

Seçilən
12
8
football-plus.az

10Mənbələr