Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Mundialda bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar bəlli olub.
60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub.
Yığmamız bununla turnirdə ilk qızıl medalını qazanıb.
Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.
Apasport
Tarix: 22 Avqust 2025, 19:57