EN

Finlandiya İsrail səfirini XİN-ə çağırdı

Finlandiya, İsrailin Fələstin torpaqlarındakı işğalı genişləndirəcək “E1 Layihəsi”nə təsdiq verməsi səbəbilə İsrailin Helsinkidəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

"Cebheinfo.az" xəbər verir ki, Finlandiya Xarici İşlər Nazirliyi, "X" sosial media platformasında açıqlama yayıb.

Açıqlamda bunlar qeyd olunub:

“Xarici İşlər Nazirliyi, İsrailin Ali Planlaşdırma Komitəsinin Qüdsün şərqində yerləşən E1 bölgəsində məskunlaşma tikinti planlarını təsdiqləməsi və Qəzzanı ələ keçirmə planları ilə bağlı dərin narahatlığını ifadə etmək üçün səfiri çağırıb”.

Finlandiya paylaşımda, həmçinin beynəlxalq hüquqa uyğun şəkildə Qəzzaya humanitar yardımların maneəsiz çatdırılması çağırışını edib.

Chosen
23
15
cebheinfo.az

10Sources